Ürəyimin proqnozu » Divane Dunyasi
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.shair.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Səsli şerlər Fotolar Mən rəssam deyiləm Mənə yazdıqlarınız Sayt xəbərləri Əlaqə
 
 
Dostum ol
Divane Rehmanzade
 
 
Media Player

 
 
 
 
 Divane Dunyasi » Məhəbbət şerləri » Ürəyimin proqnozu
 


 Məhəbbət şerləri : Ürəyimin proqnozu


Hava buludludur kövrəlib göyü
Bu gün yağış yağacaq yamacına çölünə
Titrəyəcək sənsiz...
Yol boyu sıralı agacların qolu budağı,
Küləkli günlərdən qoru özünü
Bu gün müsbət "iki"-dir ümüdlərin ocağı
Xəyalın yuxular seyrinə çixsa
De ki...
Çətirə sığınıb baxsın dənizə
Yağışlı günlərin vəfası yoxdu
Yağmasın dəyməsin o nur bənizə
Bu gün daş bağırlı soyuq küləklər
inada inadtək döyər qapını
Soyuq şüşələrdən süzülər ölər
Bu gün yad eyləsən doğma "yadını"
Əlini xatirəmin ovcunda gizlət
Qismət gözəlim buda bir qismət!!!
Yaşamaq istə!
Həmişəyaşıl ağaclar kimi
Laləli nərgizli yamaclar kimi
Yaşamaq istə
Mən səni ömürlük var edəcəyəm
Toxunma əhdə
Yaşamaq istə!
Bu gün buludludur könlümün üzü
Dumanlı yollarda itə bilərəm
Ehhh qəlbin hec məni dərd eyləməsin
Mənki bir çiskinəm bitə bilərəm
Məni öz məhvimlə yaşatdın əhsən!
Divanə hər gecə keşiyindədir
Şimsəkli göylərə yuxudan boylan
Gülüm yat günəşli səhərdə oyan...

 
Bənzər yazılar
  • Arzular...
  • Gecə sənsiz gəlmişdi...
  • Bilmez oldu ürəyimin qədrini
  • Qayıtdım ömrümün səssizliyinə
  • İtirdim
  • Əzəldən taleyim sənsiz yazılmış
  • sən getmə mən sənsiz ölə bilərəm
  • Gedirsen
  • Səni borclu deyildim
  • Daha gəlmə… daha gəlmə!

  •  
     Rəyini bildir
    Adınız:
    E-Mail:

    Kod:
    Təhlükəsizlik kodu
    Yenilə
    Kodu yazın:
     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Bütün hüquqları qorunur və Rəhmanzadəyə  məxsusdur