Daha gəlmə… daha gəlmə! » Divane Dunyasi
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.shair.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Səsli şerlər Fotolar Mən rəssam deyiləm Sayt xəbərləri Əlaqə
 
 
Dostum ol
Divane Rehmanzade
 
 
Media Player

 
 
 
 
 Divane Dunyasi » Məhəbbət şerləri » Daha gəlmə… daha gəlmə!
 


 Məhəbbət şerləri : Daha gəlmə… daha gəlmə!




Sən gedəli susub mənim
Gözlərimin eşq harayı
Həsrətindir ara sıra
Yada düşən bir qağayı
Çırpınıram sahilində
Daha gəlmə… daha gəlmə!

Əllərimdə soyuq külək
Saçlarımda sənin izin
Öldü daha arzu dilək
Çoxdu dərdi bu dənizin
Zülmətinə heç ələnmə
Daha gəlmə… daha gəlmə!

Otağımda yuxum yatır
Mənim isə röyalarım
Gözlərimdə kama çatır
Biz ki, ayrı dünyaların
İnsanıyıq bilə bilə
Daha gəlmə… daha gəlmə!


Xəyal olub gəlsəm sənə
Ürəyimi desəm sənə
Sənə sevgim bir cahandır
Lap dünyanı versəm sənə
Bu bəxşişi heç götürmə
Daha gəlmə… daha gəlmə!

İndi daha mənim sevdam
Yaralıdır qanadınnan
Hər addımda düşsə yada
Döndərməsin inadınnan
Qururundan sən əyilmə
Daha gəlmə… daha gəlmə!

Kim bilərki ürəyimdə
Özün boyda sevgin gəzir
Görmək üçün baxan gözdə
Dərdin gəzir qəmin gəzir
Xatirimdən geri dönmə
Daha gəlmə… daha gəlmə!

Gecəm səni cağırsada
Ümüdlərim bağırsada
İllər səni kədər kimi
Saçlarıma yağdırsada
Nə görünmə nə bilinmə
Daha gəlmə… daha gəlmə!

Divanədə sözün çoxdu
Bu əhdində dözüm çoxdu
Susan könlüm heç dinərmi
Bağışla get xatirəmi
Xoş günlərin son dəminə
Daha gəlmə… daha gəlmə!


 
Bənzər yazılar
  • Sesleme men daha donen deyilem
  • Daha yuxulara cagirma meni
  • Yalan
  • Sensiz olmerem
  • Sensiz agladim sessiz agladim
  • Elvida…
  • Dünyanın qəmləri məni axtarır
  • Seni unutmaga bir gun ver mene
  • Men gedecem
  • Qerib yuxularim
  • Gozuyem
  • Ən gözəl qəmim
  • Neyleyim...
  • Aglasin taleyim derdi cekilmez
  • Sen gelme dost men de seni gozlemirem
  • Niye bele oldu qismet sen gecikdin?!
  • İtirdim
  • Mənim!... səni yazan əllərim öldü
  • Özgə ürək!
  • ***

  •  
     Rəyini bildir
    Adınız:
    E-Mail:

     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Bütün hüquqları qorunur və Rəhmanzadəyə  məxsusdur