İtirdim » Divane Dunyasi
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.shair.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Səsli şerlər Fotolar Mən rəssam deyiləm Sayt xəbərləri Əlaqə
 
 
Dostum ol
Divane Rehmanzade
 
 
Media Player

 
 
 
 
 Divane Dunyasi » Məhəbbət şerləri » İtirdim
 


 Məhəbbət şerləri : İtirdim





Səssiz gecə...
Ömür sirli bir bilməcə
Axtarıram fikrim çatan hər bir yanı
Min bir yere yozur qelbim
Sənin məndən gedən anı
Ürəyimdə sözüm deyir
Uzaqlardan dönüb gələn,
Gözüm deyir
İtirdim!
Səni...
Arzulara tapılmayan o məlhəmi
İtirdim...
Mənim can içində yolum tükəndi
Daha bu yağışlar yağmasın yerə
Odum tükəndi...
Özümdə çarəsiz bir mənə baxdım
Yumdum gözümü
Fikirli qayğılı bir sənə baxdım
Bildim sonumu
İtirdim...
Gülümsər gözünün sevincini mən
Dünyanın nə qədər varı olsada
İtirdim...tapılmaz o incini mən

***
Ucala bildiyin qədər varam
Nə qədər həyatın eşqi oldunsa
O qədər əhdinə vəfalı yaram
Sevgilim...
İtirdim!
Olduğun qədər səni
Sənsiz bu dünyanın yükünü bildim
Kədəri zilləti dözümü bildim
İndi mənim üçün həyatın anı,
Yaşamaq,birdə bu sevən ruhumun canı
Qalıq borcumdu
Həyat əllərimdən alan günədək
Anamın əmanəti, bükük ovcumdu
İtirdim...
***
Divanə gecənin zülmətindədi
Bilirəm, nə qədər gizlədə bildiyini san
Sözündə, özündə, söhbətindədi.
Mən isə...
İtirdim!
Gecənin qaralı gözündə səni
Elə qınayıram özümü sənsiz
İtirdim...
Tükənməz, çarəsiz dözümdə səni...




 
Bənzər yazılar
  • Sen yoxiken
  • Dünyanın qəmləri məni axtarır
  • Əzəldən taleyim sənsiz yazılmış
  • Qayıtdım ömrümün səssizliyinə
  • Ürəyimin proqnozu
  • Mən içimdən qaçıram.
  • Daha gəlmə… daha gəlmə!
  • Birdə belə sevməz ürək
  • Gecə sənsiz gəlmişdi...
  • sən getmə mən sənsiz ölə bilərəm
  • Ən gözəl qəmim
  • PÉ™ncÉ™rÉ™
  • ***
  • Getmə... bir ömrün yasını saxlayacaqsan
  • Bilmez oldu ürəyimin qədrini
  • Səni borclu deyildim
  • Xəyalım
  • Deyirlerki analar lay lay deyir her gece
  • Arzular...
  • Sənin sevgin ləpə vurur

  •  
       
     
    Insanin daxili bu qeder zengin olmalidir ki, bu zenginliyin ichine oxuyucunuda aparib , öz dunyasinda gezdire bilsin.
    Sadece ehsen!
     
         
     Rəyini bildir
    Adınız:
    E-Mail:

     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Bütün hüquqları qorunur və Rəhmanzadəyə  məxsusdur