Datalife engine > Məhəbbət şerləri > Ən gözəl qəmim
Ən gözəl qəmim22 Noyabr 2009. Разместил: Divane |
|
Yıxılıb qalxmağa öyrənib ömür Zəfəri ümüddən iraq görmüşəm Ehh...Daha bundan da, o tərəfə nə? Mən səni sevmişəm özüm bilmişəm Sən mənim gərəyim, ömür həmdəmim Həm qüssəm, Həm dərdim, Ən gözəl qəmim! Sən də bilirsənki bu həsrət mənim Viranə bəxtimin əcəl günüdür... Səni yandırmağa gəlmədi əlim Çırıb ürəyimə səpmək də olmur Yığıb sətirlərə düzür qələmim Məbədim! Məhvərim! Ən gözəl qəmim! Sənə sığınanda bilməmışdim heç Sən mənə ən böyük dərd olacaqsan Özümü qınayıb çəkəndə dara Sən qəti qərarlı vəd olacaqsan Boğulub gözümdə donar bu nəmim Seçdiyim Sevdiyim Ən gözəl qəmim! Ağlımın uşaqlıq vaxtı deyildi... Ağlıma güləcək günlərə düşdüm Bu insan qisməti baxtı deyidi Yaşadım səninlə! dillərə düşdüm Bir ayrı yerlərdə itməzki sənim Həm Arzum! Niyyətim! Ən gözəl qəmim! Divanə zülmətlər küncündə sənsiz Bir ovuc işiqla səni yazacaq Səni bu dünyaya verdim kədərsiz Dərdin də qəmin də məndə qalacaq Aralı ömürdən deyir ürəyim! Sevincim, istəyim, Ən gözəl qəmim! Вернуться назад |