Datalife engine > Məhəbbət şerləri > Mənim!... səni yazan əllərim öldü

Mənim!... səni yazan əllərim öldü


19 Fevral 2010. Разместил: Divane


Bir axşam son deyib, son oldu sanma
Mənim!... səni yazan əllərim öldü
Daha bu yoxluqda dinmeyecem bil!
Mənim!... səni yazan əllərim öldü

Cox güman eylərdim, gümansız qaldım
Yolsuzluq içindən yolumu saldım
Yandım öz içimdə, dünyamda yandım
Mənim!... səni yazan əllərim öldü

Qəfəsdən qurtulub qanad al göyə
Azadlıq! azadlıq! sən deyə, deyə
Sevən bu ürəkdən onu verməyə
Mənim!... səni yazan əllərim öldü

Yuxular içindən çəkil və get!
İndi ki, azadsan! tükən və it!
Dərk et ürəyində, dərindən dərk et!
Mənim!... səni yazan əllərim öldü

Kövrəlib qayıtsan sevgi düzünə,
Sənə bir qətrəylə min dəfə nida!!!
Əlvida əlvida oxu! əlvida!
Mənim!... səni yazan əllərim öldü

Divanə dünyadır bir qəfəs deyil
Sevgi yaşamaqdır hec nəfəs deyil
Lal oldu... danışan bir həvəs deyil
Mənim!... səni yazan əllərim öldü


Вернуться назад