Divane Dunyasi
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.shair.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Səsli şerlər Fotolar Mən rəssam deyiləm Mənə yazdıqlarınız Sayt xəbərləri Əlaqə
 
 
Dostum ol
Divane Rehmanzade
 
 
Media Player

 
 
 
 
 Divane Dunyasi
 


 Məhəbbət şerləri : Xəyalım


Ləçəklər sehrinə bürünər səhər
Meh olub köksünə düşər Xəyalım
Nitqimi küləklər ərz eyləməsin
Bir incik baxışla süzər Xəyalım


Vəsfini bu gecə bir ürək deyir
Namələr üstündə titrəyir əli
Çiçəklər ətrindən lətafət geyir
Dil açıb sözlərdə dinər Xəyalım


O bahar vaxtının təravətidir
Bir ömür bəxşişi səadətidir
Səxavət məhəbbət xoş adətidir
Laləzar günlərdən gülər Xəyalım


 
 Məhəbbət şerləri : Səni borclu deyildim


Səni borclu deyildim
Bir anın vidasına
Qoruyub saxlamışdım səsini ürəyimdə
Necə qıya bilmişdin özgənin sədasına
Səni borclu deyildim...
Yagış gəldi apardı
Tufan oldu qopardı
Səni borclu deyildim
Başqasını tapardı...
Bu həsrətin qisməti ...
Coşur hiddəti qəlbin
Gəl ey sevgi əmanəti
Səni borclu deyildim...

 
 Məhəbbət şerləri : ***


Sanırdım oduna qızınacağam
Od olub köksümə dolan gününnən
Omür gizlətmədim sipər qurmadım
Qurtula bilmədim özüm özünnən

Tarixi dayandı əcəli gəldi
Bu fani köçəri səadətimin
Vallah qatil oldu öz əli gəldi
İnanıb sevdiyim məhəbbətimin



 
 Məhəbbət şerləri : Mən sənə məhəbbət əmanətiyəm


Sal yadına bir az öncədən...
Kövrək danışmışdıq,
Axşam üstü baxanda pəncərədən
Sən ona söz vermişdin
Məni...
iki kəlmə yarım sətir
Dilinin əzbəri
Qırıq qırıq boğulmuşdu səsində
Səni unutmayacam!
Qürurlu gözlərindən utanmışdı ürəyim
Dilimdə o qədər söz,
dilimdə o son diləyim
Aglamışdım...



 
 Məhəbbət şerləri : ***


Gözümə sel dolub hicrindən sənin
Gözümə bir payız havası gəlib
Bu dünya nəyimə gərəkdir mənim
Sevinc sən olmasa qəm sən olmasa


De hansı həvəsin oduna yanım
Hər addım yerində tükənər canım
Yıxılıb yollarda qalanam elə
Arzu sən olmasa kam sən olmasa


 
 

 
Divanə

Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Designed by - Deniz-Design STUDIO
Bütün hüquqları qorunur və Rəhmanzadəyə  məxsusdur